Qirislarin aradan qaldirilmasi

Qırışların Aradan Qaldırılması, Həkim Kosmetoloq

      Qırışların aradan qaldırılmasında və eləcə də, digər estetik prosedurlarda ən təsirli və görünən nəticələrə nail olmaq üçün tibb elminə əsaslanaraq yalnız təcrübədən keçirilmiş və ən əsası orqanizm üçün heç bir təhlükəsi olmayan müalicələr təklif edirik. Cildin cavanlaşdırılması, qırışların aradan qaldırılması ilə yanaşı, bir çox estetik dəri problemlərinə qarşı ən son texnologiyalar ilə həllər təklif edirik. Estetik sahədə 18 ildən çox təcrübəyə malik olan həkim-kosmetoloq Fəridə Qasımova artıq 3 ildən çoxdur ki, Jett Plasma Medical-ın tətbiqində böyük təcrübəyə malikdir. Jett Plasma Medical – bu cihaz qırış nahiyəsinə təbii plazma enerjisi (maddənin 4-cü halı – şimşək enerjisi) tətbiq edir. Nəticədə, həmin nahiyə qabıqlanaraq dəri yenilənir və daha sonra isə dəridə kollagen və elastin bağları möhkəmlənir, cavanlaşma prosesi başlayır.

       Jett Plasma Medical cihazı Avropa istehsalıdır. Cihaz elektrik enerjisi (A/C) ilə deyil, plazma enerjisi (D/C) ilə çalışdığından sağalma müddətinin dəfələrlə az olması və effektin maksimum olması ilə hər zaman öndədir. Nəticə cəmi 1 seansa əldə edilir və əldə edilən nəticənin qalıcılığı isə insan orqanizminin yaşlanma tezliyindən asılı olaraq 3-5 ildir. Bu prosedur mərkəzimizdə həkim-kosmetoloq tərəfindən 1.380 nəfərdən çox pasientə tətbiq olunmaqdadır və olduqca uğurlu nəticələr əldə edilməkdədir. Ən çox tətbiq edilən nahiyələr və nəticələrdən nümünələr:

goz qapagi sallanmasi
Göz qapağı sallanması
gozalti tobaliqlar
Gözaltı torbalar
gozetrafi qirislar
Göz ətrafı (qazayağı) qırışlar
qulaq onu qirislar
Qulaq önü, alın və dodaqüstü (barkod) qırışları

Qırışların aradan qaldırılması ilə yanaşı bu cihazın köməkliyi ilə aşağıdakı problemlər də cəmi 1 seansa aradan götürülür:

keloid
Əməliyyat çapıqları (Keloid)
xallar ziyiller
Xal, ziyil
akne sonrasi
Su çiçəyi və akne sonrası yaranmış çapıqlar
gunes lekeleri
Günəş ləkələri, yaşlılıq ləkələri

Münasibət bildir.

  • 14
  • 5
  • 2
  • 2

Həyat yolunuzda paylaşın

Whatsapp
Zəng et