Prosedurdan əvvəl - Bütün kosmetik vasitələr dəridən təmizlənməli,Kontakt linza varsa çıxarılmalı,papaq taxılmalı,eynək taxılmalı və kabinada gözləri mümkün qədər açmamalı,Böyük xallara və sinə uclarına stikerlər yapışdırılmalı,Qaşlarda,dodaqlarda və ya bədən nahiyələrində tatu varsa yalnız həmin nahiyələrə spf tərkibli krem çəkilməli,Solyari üçün olmayan kremlərdən qətiyyən istifadə edilməməlidir.
Prosedurdan sonra - Nəticənin daha qalıcı olması üçün ən az 4 saat ərzində duş qəbul edilməsi məsləhət görülmür,Növbəti seans üçün minimum 48 saat ərzində solyariyə girilməməli,Prosedurdan sonra dəri nəmləndirici kremlərdən istifadə etmək tövsiyyə olunur.