Tatu silinməsi

Q-switched ND YAG lazer sistemi vasitəsilə istənməyən döymə və tatulardan qurtulmaq artıq elə də çətin deyildir.

TATU SİLİNMƏSİ

Tatu silinməsi haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

Q-switched ND YAG lazer sistemi vasitəsilə istənməyən döymə və tatulardan qurtulmaq artıq elə də çətin deyildir.

Bu yeni texnologiya sayəsində lazer işığı, Epidermis təbəqəsindən keçərək Dermis və dəri altı toxumadakı döymə rəngini verən birləşimlər tərəfindən əmilərək parçalanır və immun sistemi sayəsində orqanizmdən atılır.

Seans sayısı döymənin rəngi, qalınlığı və dərinliyindən asılı olaraq ortalama 3-6 arasındadır. Hər seans aralıqları təxminən 4
həftə təşkil edir.

Tünd rəngli döymələrin və döymənin tətbiqindən ən az 1 il keçərsə silinməsi daha az seans tələb edir. Qara, mavi, tünd göy və qırmızı rəngli tatular bu kateqoriyaya aid edilir.

Prosedurdan sonra həmin nahiyyənin ən az 2 həftə günəş şüalarından qorunması lazımdır. Bu müddət ərzindən günəş əleyhinə SPF tərkibli kremlərdən istifadə edilməsi tövsiyyə edilir.

Reabilitasiya dövrü təxminən 1 həftədir və bu zaman ərzində dəridə yüngül qabıqlanmalar olması normal haldır.

Bu həcmdən asılı olaraq 30 manatdan başlayır (Məsələn: qaşlar)

  • Hamiləlik və laktasiya dövrü
  • Dəri xərçəngi
  • Prosedur nahiyyəsində iltihablı yaralar, yanıq və tünd günəş yandırması, eqzema və s.

Prosedur dəri keyləşdiricisi ilə aparıldığına görə ağrı hissi olmur.

Konsultasiya tam ödənişsizdir.

tatu-after tatu-before
Whatsapp
Zəng et