Fərqimizdir
Gözəlliyinizin qeydinə bizimlə qaldıqdan sonra əvvəlki və sonrakı halınıza inana bilməyəcəksiniz.
Çox illik təcrübəyə malik tibbi personal,müasir və yalnız orijinal estetik avadanlıqlarla xidmət göstərmək bizim üçün ən vacib nüanslardandır.
Lalisa Estetik mərkəzi 2016-cı ildən bəri fəaliyyətə başlamış, qısa müddət ərzində peşəkar həkim-kosmetoloq kollektivi ilə pasientlərin rəğbətini qazanmışdır. Azərbaycanda müasir dövrün tələblərinə cavab verən yalnız orijinal və effektiv avadanlıqlar ilə, ən münasib qiymətlərlə prosedurlar həyata keçirmişdir. Buna görə də tez bir zamanda pasietlərin hər kəsə önərə biləcəyi bir estetik mərkəz olaraq tanınmışdır. Gigiyena mərkəzimizin 1 nömrəli məsuliyyəti hesab edilir.Pasientlərimizin hər birinə individual yanaşılaraq onların problemini öz problemimiz kimi görürük. Məqsədimiz bütün estetik problemləri minimum reabilitasiya dövrü ilə maksimum effektiv çözməkdir.Bunun üçün çox illik təcrübəyə malik tibbi personal və ən müasir orijinal estetik avadanlıqlarla xidmət göstərmək bizim üçün ən vacib nüansdır.
2000-ci ildə Rusiyanın Moskva şəhərində "Международный Институт Эстетической Медицины" institutun-da təhsilini fərqlənmə ilə bitirən Fəridə Qasımova daha sonra İtaliya, Moskva, Türkiyə və Azərbaycanda bir çox kosmetoloji kurs və seminarlarda iştirak edib sertifikatlarla təltif edilmişdir.
Həkim-Kosmetoloq
Həmidə Babayeva 2020-ci ilin Mart ayından bəri mərkəzimizdə fəaliyyət göstərməyə başlasa da kosmetoloq olaraq 1 il,lazeroloq olaraq 3 ildən çox təcrübəyə malikdir.20-ə yaxın təlim və kurslarda iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. İş Günləri: Həftənin 1,3,6-cı günləri.
Lazeroloq
2018 -ci ildən bəri mərkəzimizdə fəaliyyət göstərən Nərminə Dadaşova lazeroloq olaraq 6 ildən artıq təcrübəyə sahibdir. İş Günləri: Həftənin 1,3,4,6-cı günləri.
Lazeroloq
2019 -cu ildən bəri mərkəzimizdə fəaliyyət göstərən Dəniz Vəliyeva peşəkar lazeroloq olaraq 5 ildən çox təcrübəyə sahibdir. İş Günləri: Həftənin 2,3,5 və Bazar günləri
Lazeroloq
Epilyasiya tətbiqində 7 ildən artıq peşəkar fəaliyyəti olan Səidə İsayeva 2016 -cı ildən bəri mərkəzimizdə lazeroloq olaraq fəaliyyət göstərməktədir. İş Günləri: Həftənin 2,4,5 və Bazar günləri
Lazeroloq
Gözəlliyinizin qeydinə bizimlə qaldıqdan sonra əvvəlki və sonrakı halınıza inana bilməyəcəksiniz.