Jett Plasma Medical

Göz Qapağı Sallanması,Qırışlar,Xallar,Keloid,Çapıq,Ləkə və s. Problemlərin Əməliyyatsız olaraq cəmi 1 seansa tam həlli.

Blefaroplastika

goz qapaginin sallanmasi goz qapaginin sallanmasi

Ksantelazma

xanthelasmaafter xanthelasmabefore

Göz ətrafı qırış və günəş ləkələri

gozetrafiafter gozetrafibefore

Əməliyyat çapığı(keloid)

hekim kosmetoloq hekim kosmetoloq

Göz altı torbalıqlar

gozaltitorbaafter gozaltitorbabefore

Papilloma

papillomaafter papillomabefore

Ən Çox Soruşulan Suallar

Jett Plasma Medical haqqında ən çox soruşulan sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlamazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmağınız xahiş olunur.

Dermatoloji və kosmetoloji sahədə 20 ildən çox təcrübəyə malik, Rusiya və bir çox Avropa ölkələrində təhsil almış həkim-kosmetoloq Dr. Fəridə Qasımova tərəfindən artıq 4 ildən çoxdur ki, mərkəzimizdə aşağıdakı prosedurlar Jett Plasma cihazı vasitəsilə icra edilməkdədir:

  • Əməliyyatsız göz qapağı sallanması (blefaroplastika);
  • Qırışlar - göz ətrafı (qazayağı), qulaqönü, dodaqüstü və s.;
  • Gözaltı torbalar;
  • Süni geldən (biopolimer) yaranmış fəsadların korreksiyası;
  • Akne sonrası və suçiçəyi sonrası yaranmış çapıqlar;
  • Göz qapaqlarında olan ağ və sarı piy kristalları (milium, ksantelazma);
  • Ət xalları, ziyillər, papillomalar;
  • Günəşdən düşən ləkələr, piqment ləkələri, yaşlılıq ləkələri (lentiqo);
  • Cərrahi əməliyyatdan və ya kəsikdən yaranmış keloid çapıqları, nahamarlıq və s.

Estetik sahədə ən son nəaliyyət hesab olunan və həqiqətən "Təbii Plazma" enerjisi ilə çalışan bu cihaz əsl Avropa texnologiyası olub Çexiya istehsalıdır.

İş prinsipi havada olan qazları ionlaşdıraraq (maddənin 4-cü halına çevirərək) birbaşa dərinin problemli nahiyəsinə plazma axını yaradır və nəticədə dərinin üst təbəqəsini sublimasiya(buxarlandırma) yolu ilə (maddənin bərk halından birbaşa qaz halına keçməsi) qabıqlandırır. Bu əməliyyatsız, qansız, tikişsiz,ağrısız və izsiz bir müalicə üsuludur, estetik və kosmetik cəhətdən olduqca gözəl nəticələr əldə etməyə imkan yaradır.

Prosedur olunan nahiyədə orqanizmdən asılı olaraq maksimum 5 gün içərisində müəyyən şişkinlik yarana bilər. Ümumilikdə isə buxarlanmış dərinin qabıqlanma (bərpa-rehabilitasiya) dövrü 7-10 gün təşkil edir. Bu müddətdən sonra dərinin təxminən 25-30 gün müddətində günəşin kəskin şüalarından SPF tərkibli krem və eynəklə qorunması vacibdir.

Jett Plasma ilə istənilən prosedur üçün 95%  hallarda yalnız 1 seans tələb edilir və tək seansa tam nəticə əldə edilir.İkinci seansa ehtiyac olub olmadığını kosmetoloqumuz müayinə etdikdən sonra bildirəcək.

Prosedurlardan əldə edilən nəticələr uzun müddət qalıcıdır. Lakin zamanla insan orqanizmi yaşlanmaya məruz qaldığı üçün qalıcılıq müddəti orqanizmdən asılı olaraq ən az 3-5 il təşkil edir.

Prosedur yerli keyidici ilə aparıldığı üçün heç bir ağrı hissi olmur(bəzi həssas pasientlərdə yüngül diskomfort hissi istisna olmaqla).

Cihazın əsas fərqi təbii plazma enerjisi tətbiq edə bilməsidir.Bu da effektin tam alınması və dərinin sağalmasının çox qısa müddətli olması,ləkə qalmaması və ağrı olmaması üçün olduqca vacibdir.Ölkəmizdə bir çox mərkəzlərdə adi və ucuz cihazlarla elektrik enerjisi tətbiq edən "koaqulyator" cihazlar istifadə edilməkdədir.Buna aldanmamağı ciddi şəkildə tövsiyyə edirik!

Cihazımızın 8 dərəcəli istilik seçmə imkanı hər bir problemə individual yanaşmağa şərait yaradır.Əlavə olaraq digər cihazlarda olmayan dərini skan edə bilmə texnologiyası da sırf Jett Plasma Medicalın vacib üstünlüklərindəndir.

Jett Plasma Medical cihazı inkişaf etmiş ölkələrdə oftalmoloqlar tərəfindən gözdə olan xırda damarların götürülməsində istifadə olunur. Bu isə, Plazma enerjisinin gözə heç bir əks təsiri olmadığının əyani sübutudur.

Ksantelazmalar bir neçə səbəblərdən meydana gələ bilər: qanda xolesterin disbalansı,mədə-bağırsaq problemləri və s. Lakin istənilən halda ksantelazma yaranıbsa, ləğv edilməsi lazımdır və eyni zamanda. səbəbləri araşdırılaraq müalicəyə start verilməlidir.

Keloid toxumaları son metod olan plazma enerjisi vasitəsilə buxarlanma üsulu ilə minimum travma ilə aradan götürüldüyünə görə yenidən yaranma riski minimumdur və hətta ən pis halda yaranarsa belə keçmiş vəziyyətindən daha böyük ola bilməz. Digər metodlarda(məs:Əməliyyatla kəsilməsi) statistikaya görə yenidən yaranma riski ilə yanaşı daha qabarıq vəziyyətə gəlmə riski də qat qat çoxdur.

Ənənəvi üsullardan fərqli olaraq, ən son texnoloji yenilik olan Jett Plasma ilə ksantelazmanın, xalların, papillomaların və s. cərrahi əməliyyatsız yox edilməsinin üstünlüyü həm sağalma müddətinin qısa olması, həm də heç bir ləkə, iz və yaxud artıq buraxmamasıdır.

  • Epilepsiya xəstələrinə;
  • Ürəyində stend olanlara;
  • Hamiləlik və laktasiya dövründə olanlara;
  • Ağır dərəcəli hipertonik və ya hipotoniklərə;
  • Prosedur zonasında pseriaz, ekzema və digər açıq yara olanlara;
  • Ağır şəkər xəstələrinə.

 

Prosedurdan sonra həmin nahiyə təxminən 25-30 gün müddətində günəşin kəskin şüalarından SPF tərkibli krem və eynəklə qorunarsa istənilən fəsildə etmək olar.

Müayinə və konsultasiya tam ödənişsizdir.

Whatsapp
Zəng et