Müalicəvi kosmetologiya

Həkim-kosmetoloqumuz 17 ildən artıq peşəkar təcrübəsi ilə xidmətinizdədir.

Botoksun tətbiqi

botoxafter botoxbefore

Təbii dodaq dolğusu

dodagafter dodagbefore

Müalicəvi kosmetolojiya

Müalicəvi kosmetologiya müasir dövrdə çox sürətlə, hər il daha da modern və effektiv prosedurlarla inkişaf etməktədir. Bu sahədə müalicənin uğurla aparılması üçün illərin təcrübəsi, professionallıq, geniş tibbi bilik və təcrübə həkim- kosmetoloqda özünü tapmalıdır. LaLisa Estetik Mərkəzi məhz bu kriteriyaları vacib bilərək, kosmetologiya söbəsini 17 illik tibb kosmetologiyası üzrə çalışmış, Rusiyada və Avropanın bir çox ölkələrində modern dermatoloji kurslarda təhsil almış bir çox seminarlarda iştirak etmiş Dr. Fəridə Qasımovaya həvalə etmişdir. Müalicəvi kosmetologiyanın geniş çeşidləri üzrə məlumat vermək istəyirik.

Microneedling prosedurunun əsas üstünlüyü dərinin ehtiyacı olan vitamin və ya preparatların bu vasitə ilə dərinin daha dərin qatına rahatlıqla yeridilməsidir. Yalnız günəşsiz və sərin havalarda edilməlidir.

Porsedurdan sonra təxminən 5 -7 gün ərzində nahiyyədə yüngül qızartılar olması normaldır. İlk seansdan nəticə gözlə görülə bilən dərəcədə olsa da nəticəni artırmaq üçün prosedurlar 2-4 həftədə 1 dəfə olmaqla 4-6 seansa qədər davam etdirilməlidir.

Mikroneedling prosedurunun göstərişləri;

  • dəri yeniləmə
  • elastiklyi itən dərilər
  • yüngül postakne çapıqları
  • yüngül giriş, ləkə və piqmentli dərilər
  • geniş məsaməli dərilər
  • dəri vitamin və ya nəmə ehtiyac duyduqda
  • yaşlı hüceyrələri artmış dərinin yenilənməsi (anti-agining)
  • qan dövranının sürətlənməsi

İlk öncə xəstənin öz qanı steril bir mühitdə alınır və sentrafuqa cihazında yüksək sürətdə çevrilir və qan hüceyrələri ayrılır. Qırmızı və ağ qan hüceyrələri dibə enərkən trombositlə zəngin hissəsi "plazma" üstdə qalır. Bu plazma müalicə bölgəsinə mikro iynə ilə yeridilir.

Pasient müalicədən dərhal sonra normal həyatına davam edir. Hər hansı bir yan təsiri yoxdur və hər zaman (hər fəsil) tətbiq edilə bilən bir üsuldur.

PRP prosedurunun göstərişləri;

  • Yara sağalmasının tezləşdirilməsi
  • kollagen, elastin və hialuron turşusunun sintezinin artması
  • toxumaların bərpası və gəncləşməsi
  • yeni və sağlam damarların yaranması
  • toxumaların qidalanması və canlılıq qazanması
  • yaşlanmaya qarşı
    piqmentasiyaya qarşı mübarizə
  • dəri dartılmalarının müalicəsi
  • dərinin hamvar və sağlam görünüş qazanması mümkündür

Mezoterapiya, problemli bölgədə dərinin orta qatına mikroinyeksiya metodu ilə bəzi dərman preparatlarının yeridilməsidir. Bu məqsədli dəri probleminə uyğun olaraq hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşuları
və digər tərkibli özəl dərman kokteylləri hazırlanır. Bu maddələrin bir-başa dəriyə verilməsi dəridə kollagen və elastin sintezini artırır, dərinin yerinənməsinə səbəb olur. Heç bir yan təsiri yoxdur və mövsümdə tətbiq edilə bilər.

Prosedurun göstərişləri;

  • saçların gücləndirilməsi,
  • saç tökülmələrinin qarşısının alınması
  • dərinin gəncləşdirilməsi,
  • dəriyə nəm və parlaqlıq qazandırılması
  • ləkələrin rəginin açılması
    selulit müalicəsi

Yaş irəlilədikcə dəridə mübadilə prosesləri zəifləyir və dərinin nəm qalmasını təmin edən hialuron turşusunun miqdarı azalır. Dəri quru, cansız və mat bir görünüş alır.
Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəyirə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində dəri canlı, təravətli və baxımlı görünür.

Preparatın hialuron turşusu sovrulduqdan sonra belə dəridə sintezi artırılmış hialuron turşusu dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur.

Biorevitalizasiyanın nəticələri;

  • səthi qırışlar açılır və dəri parlaq görünür
  • arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir
  • intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir
  • quru və mat dəriyə tonus və canlılıq qazandırır.

Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır.

Soyulma prosesindən sonra dəri sağalır və yenilənir. Bu prosedur bir qayda olaraq günəşli havada və yay
fəslində tətbiq olunmamalıdır.

Kimyəvi pilinqin 3 növü var: səthi, orta və dərin

Kimyəvi pilinqin nəticələri əsasən bunlardır:

  • ləkələrin aradan qaldırılması
  • qırışların yox edilməsi
  • yara və sızanaq izlərinin itirilməsi
  • daha parlaq və gənc dəri
  • qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.

Dolğu İnyeksiyaları cərrahi metodlar ilə müqayisədə daha sərfəli, təhlükəsiz və gündəlik həyatdan uzaq qalmağı tələb etməyən bir metoddur.

Dolğu inyeksiyasının nəticələri;

  • qırışların aradan qaldırılması
  • dodaqlara ideal forma, canlılıq və canlılığın verilməsi
  • burun formasının düzəldilməsi
  • üz siluetinin mükəmməlləşdirilməsi (yanaqlar, almacıqlar və s.)
  • dərinin nəm balansının bərpası və uzun müddət qorunması

Botoks "Clostridium botulinum" adı verilən bakteriya növündən əldə edilmiş tibbi zülaldır. Əvvəllər göz xəstəliklərinin müalicəsində istifadə edilən bu zülal, mimiki qırışları aradan qaldırmaq üçün qeyri-cərrahi, kosmetik olaraq qəbul
edilən bir üsuldur. İstənilən mövsümdə tətbiq edilə bilər.

Göz ətrafı, alın, qaş arsı və s. nahiyyələrdə hərəkətli əzələlərin fəaliyyətini azaldaraq qırışların aradan qaldırmasında olduqca effektiv bir üsuldur.

Üzün təmizlənməsi (çistka) proseduru zamanı ilk öncə xüsusi maska ilə üzün məsamələri genişlənir, buxarla yumuşaldılır, mexaniki və ultrasəs üsulu ilə dəri təmizlənir, yenidən xüsusi maska ilə məsamələr kiçildilir, dəri darsonvalizasiya olunur və xüsusi lasyon çəkilir.

Whatsapp
Zəng et