Smart Solarium

Yeni Kollagen Led Texnologiyası

1. Qaralarkən tam yeni Kollagen Led texnologiyası dərinin qurumusanının qarşısını alar,kollagen ifrazını artıraraq dərinin elastikliyini bərpa edər. 2."UV safe emission"- Filtrlənmiş ultraviolet dalğaları sayəsində D vitamini qəbulu ilə yanaşı dəfələrlə tez bir vaxtda və tam təhlükəsiz tündləşməyə şərait yaradar. 3. Sınaqdan keçirilmiş uzun müddətli qalıcılıq. 4. Daha komfort və sərin kabin. 5.Orijinal İtaliya istehsalı.

Virus xəstəliklərinə və soyuq dəyməyə qarşı bədənin müqavimətini artırır;- Kalsium və D vitamini təminatı sayəsində sümük əriməsi(Osteoparoz) kimi müəyyən yaşdan sonra yarana biləcək xəstəliklərin qarşısını alır;- Depressiya və passiv həyat tərzi,dəridəki akne və sivilcələrə qarşı müsbət təsir edər;- Tam yeni,Azərbaycanda analoqu olmayan Kollagen Led texnologiyası sayəsində dəridəki kollagen ifrazını və qan dolaşımını artıraraq dərini cavanlaşdırır,onu daha parlaq və təravətli edir.Eləcə də bronzlaşma zamanı dərini qurumaqdan qoruyur;- Günəş vannalarında zərərli UV-B işıqları dərinin suluq olmasına və soyulmasına səbəb olduğu halda Smart Solariumda bu şüalar filtrləndiyi və optimizasiya olunduğu üçün bu tip problemlərlə qarşılaşılmaz!

Prosedurdan əvvəl - Bütün kosmetik vasitələr dəridən təmizlənməli,Kontakt linza varsa çıxarılmalı,papaq taxılmalı,eynək taxılmalı və kabinada gözləri mümkün qədər açmamalı,Böyük xallara və sinə uclarına stikerlər yapışdırılmalı,Qaşlarda,dodaqlarda və ya bədən nahiyələrində tatu varsa yalnız həmin nahiyələrə spf tərkibli krem çəkilməli,Solyari üçün olmayan kremlərdən qətiyyən istifadə edilməməlidir. Prosedurdan sonra - Nəticənin daha qalıcı olması üçün ən az 4 saat ərzində duş qəbul edilməsi məsləhət görülmür,Növbəti seans üçün minimum 48 saat ərzində solyariyə girilməməli,Prosedurdan sonra dəri nəmləndirici kremlərdən istifadə etmək tövsiyyə olunur.

16 yaşına çatmayanlar,Günəş vannası zamanı çillənməyə meyilli olanlar,Dəridə anormal rəngsiz çökəkliklər olanlar.2mm və daha böyük ölçülərdə 16 ədəddən çox xalları olanlar,Dəri xərçəngindən əziyyət çəkənlər və ya dəri xərçənginə meyilli olanlar,1-ci dərəcəli melanoma xəstəliyindən əziyyət çəkənlər,Hamiləlik dönəmində.

Smart Solariumun digər aparatlara nisbətən dəfələrlə güclü olmasını nəzərə alarsaq həssas və açıq rəngli dərilərdə ilkin seans 5 və ya 6 dəqiqə tünd dərilərdə isə 8 dəqiqə olmaqla ümumilikdə 4-6 seansa istənilən nəticəyə çatmaq mümkündür.Əldə edilən nəticəni daimi qorumaq üçün isə 7-10 gündə 1 dəfə gəlinməsi kifayətdir.

Solyari üçün nəzərdə tutulmayan yağlar dəridə ləkə buraxmasına,qaralmaq üçün nəticəyə mane olmasına və eyni zamanda cihaza ziyan olduğuna görə istifadə etmək qəti qadağandır!Solyari üçün hazırlanmış kremlər isə təhlükəsizdir, istifadə edilə bilər.

Whatsapp
Zəng et