İynəsiz Mezoterapiya

Digər adı iynəsiz Biorevitalizasiya olan bu prosedur xüsusi cihaz vasitasilə hialuron tərkibli təbii maddələrin karbondioksid qazı ilə birgə dəriyə yeridilməsidir. Sistemin özəlliyi ondan ibarətdir ki, yüksək təzyiqli CO2 (karbondioksid) qazı dəri temperaturunu dərhal endirərək damarların sıxılıb genişlənməsinə səbəb olduğuna görə qan dövranı sürətlənir, oksigenləşmə baş verir və nəticədə xüsusi mezoterapik kokteylləri toxumaların dərinliyinə çatdırılması baş verir.

Prosedurdan dərhal sonra: - Xırda qırışlar hamarlaşır; - İri qırışların dərinliyi azalır; - Dəri rəngi ağarır, daha parlaq və canlı görünür; - Səthi ləkələr aradan götürülür.

Prosedurun əsas özəlliklərindən biri də elə ilk seanslardan dərhal sonra effektin əldə olunmasıdır. Lakin qalıcı nəticə əldə edilməsi üçün (4-6 ay) seans aralıqları 5-7 gün olmaqla 4-5 seans edilməsi məsləhətdir.

Yaşlanma prosesinin ən sıx görüldüyü nahiyələr : Göz ətrafı, alın, yanaq və dodaq ətrafı. Eləcə də, ehtiyaca görə, boğaz, boyun, əllərin üstü nahiyələrinə də tətbiq edilə bilər.

Bir çox məşhurlar adətən çəkilişlərdən, konsertlərdən və ya xüsusi yığıncaqlardan 1 gün öncə İynəsiz Mezoterapiya edərlər.Belə ki, prosedurdan sonra heç bir ağrı, qızartı, qabıqlanma, ləkə və s. hallar baş vermir. Pasient heç bir əlavə təsirə malik olmayan bu prosedurdan dərhal sonra sosial həyatına dönə bilər.

Həkim qəbulu və müayinəsi tam ödənişsizdir.

after before
Whatsapp
Zəng et