Sıx Soruşulan Suallar

Lazer epilyasiyası və Jett Plasma Medical barəsində ən çox soruşulan sualları və həkim məsləhətləri ilə yaxından tanış ola bilərsiniz.

SHIFU PLUS

SHIFU PLUS haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

Orijinal HIFU dəriyə necə təsir edir?

  • 100% İtaliya istehsalı
  • Üz və qolların dartılması
  • Bədənin incəlməsi
  • Əməliyyatı əvəz edə biləcək yeganə ən müasir texnologiyadır
  • Dərinin ən alt təbəqəsini (3mm-16mm) müalicə edə bilmə imkanı
  • Cəmi bir seansa tam nəticə
  • Prosedurdan sonra hec bir ləkə, iz, qızartı, göyərmə olmur.

Shifu Plus (Super HIFU) əməliyyatsız dəri dartılmasında, üz və bədənin formaya salınmasında əldə olunan nəticələrin effektivliyinə görə ən son texnologiya sayılır.

Hifu sözünün mənası Yüksək İntensivliyə malik Fokuslanmış Ulstrasəs dalğaları deməkdir. Yeganə texnologiyadır ki, əzələnin üzərində yerləşən Smas təbəqəsini cərrahi əməliyyatsız müalicə etmək gücünə malikdir.

SHIFU PLUS dərinin 4.5 mm dərinliyində yer alan bu təbəqəyə (smas layer) toplanmış ulstrasəs dalğalarını ötürərək dərini toparlayır və sıxlaşdırır. Eyni zamanda bədən nahiyyələrində 13mm və 16mm dərinliyə nüfuz edə bilən cihazın unikal başlıqları sayəsində formasını itirmiş artıq yağlardan və dəri sallanmalarından da qurtulmaq mümkündür.

Orijinal Hifu avadanlıqları Amerika və Avropa istehsalı olanlardır. Bu ölkələrin istehsal etdiyi avadanlıqların mənşə sertifikatların avadanlıqların üzərində verilir.

Getdiyiniz yerdən mənşə sertifikatını tələb edərək üzərində istehsal edilən ölkənin adına baxmanız yetərlidir. İtaliya istehsalı olan "Shifu PLUS" avadanlığının Azərbaycandakı rəsmi nümayəndəsi məhz "Lalisa Estetik" mərkəzidir.

  • Bir cox cihazlarda 1 xətt ilə dəriyə 12 dalğa göndərmək mümkündürsə "Shifu Plus" cihazı isə avtomatik olaraq 10-11 xətt ilə 120-180 dalğa göndərə bilir.
  • Fokuslanmış ultrasəs dalğalarının təhlükəsiz, paralel və dəqiq şəkildə əzələ-aponevrotik təbəqəni 60-70 dərəcə ilə nöqtələməsi nəticəsində kollogen və elastin
    sintezi maksimum bərpa edilir və beləcə maksimum nəticə əldə edilir.
  • Bir çox Hifu adı altında istehsal olunan Çin mənşəli cihazların gerçək Hifu sistemi olmadığı təsdiqlənmişdir. Bu barədə İnternet səhifələrindən bir çox araşdırmaların nəticləri ilə tanış ola bilərsiniz.
  • Lazer və Radiotezlik ilə çalışan köhnə nəsil üsulların dərinliyə enmə ölçüsü maksimum 1-1.5mm olduğu halda orijinal Hifu cihazının dərinliyinə enmə ölçüsü nahiyyəyə görə 1.5mm -dən 16mm-ə qədərdir.
  • Digər cihazlardan 6-10 seans tələb olunduğu halda "Shifu Plus"-ın üstün xüsusiyyəti, tək seansa maksimum nəticə əldə edilməsidir. Seansdan dərhal sonra 20-25% effekt nəzərə çarpır. Tam nəticə seansdan sonrakı 30-90 gün içərisində əldə edilir.

Porsedurun nəticəsi orijinal olmayan cihazlara nisbətən uzun ömürlüdür. Qalıcılıq orqanizmdən asılı olaraq 12 aydan 18 aya qədərdir.

12-18 ay dəri dartılmasının qalıcılıq müddətidir. Bu müddətdən sonra dəri indiki vəziyyətindən daha sağlam vəziyyətinə qayıdır, çünkü prosedur sayəsində dərinin
yaşlanması müəyyən müddətə qədər dondurulur. Prosedur ildə 1 dəfə olunarsa kollagen və elastin proteinləri daim balansda olmuş olar və nəticədə həm qalıcılıq müddəti
artacaq həm də dəri lazım olan proteinlərlə daim zəngin olub cavan qalacaq.

Hifu əməliyyatında istifadə edilən ultrasəs dalğalarının orqanizm üçün heç bir əlavə təsirləri aşkarlanmamışdır. Bildiyimiz kimi ultrasəs dalğaları vasitəsi ilə (USM) 9 ay ərzində təxminən 4-9 dəfə ana bətnindəki körpənin vəziyyəti yoxlanılır və heç bir yan təsirləri aşkarlanmamışdır. Eyni zamanda müasir tibbdə ultrasəs dalğaları xərçəng xəstəliyinin müalicəsi üçün də istifadə edilir.

Əks göstərişlər aşağıdakılardır:

  • Kartiostimulasiya və ya elektronik implant cihazları yerləşdirilmiş pasientlər.
  • Hamiləlik və ya Laktasiya dövrü
  • Yetkinlik yaşına çatmayanlar (16 yaş)
  • Prosedur zonasında iltihablı dəri yarası və ya aktiv akne
  • Son 6 ayda ağır dərəcəli travma və ya cərrahi əməliyyat keçirmişlər
  • Eşitmə sistemində ciddi problem olan xəstələr

Üz, boğaz və bədən nahiyyələrində konturu itmiş dərilərdə, müəyyən vaxtdan sonra yaranmış qaş düşüklüyündə, ağız ətrafı xəttlərdə, yanaq və buxaq sallanmasında, eləcə də digər nahiyyələrdə çəki itirdikdən sonra və ya doğuşdan sonra yaranmış sallaqlıq olduğu halda əməliyyatdan çəkinən insanlar üçün ən effektiv yöntəm sayılır.

Prosedurdan 10-15 gün sonra istənilən dəri cavanlaşdırıcı prosedurlar (PRP, Mikronidling, Botoks, Dolğu, Mezoterapiya və s.) tətbiq etmək olar.

SHIFU PLUS dalğaları dərinin üst qatına deyil məhz əzələ-aponevrotik qatına təsir etdiyi üçün bərpa və reabilitasiya (şişkinlik, qızartı, qabıqlanma) dövrü yoxdur.

Prosedur istənilən fəsildə və istənilən dəridə aparılır. Prosedurdan dərhal sonra pasient normal iş və sosial həyatına davam edə bilər.

SHIFU PLUS cihazının digər bir üstünlüyü də minimum ağrı ilə maksimum nəticə əldə edə bilməkdir. Prosedur zamanı yüngül diskomfort və istilik hissindən istisna olmaqla ağrı hissi olmur.

Həkim qəbulu və konsultasiya tam ödənişsizdir.

KARBON PİLİNQ

KARBON PİLİNQ haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

Son zamanlar deb halını almış və Hollywood ulduzlarının çox sevdiyi bu prosedur, ilin istənilən fəslində tətbiq edilə bilən bir prosedurdur.

Dərinin məsamələrinə yeridilmiş karbon maddəsi lazer işığı vasitəsi ilə parçalandığında məsamələrin içərisi dərindən təmizlənir və dəridə sıxılma baş verir.

  • Yeni yaranmış və səthi ləkələrin aradan qaldırılması
  • Böyümüş məsamələrin yığılması
  • Dəri yağlanmasının balanslaşması
  • Dəridə olan xırda civzələrin aradan götürülməsi
  • Dəri rənginin açılması və hamar relyefin yaranması
  • Makiyajın dəriyə daha rahat oturması

Tamamilə ağrısız və izsizdir, prosedurdan dərhal sonra pasient gündəlik həyatına qayıda bilər.

Hər seansda gözlə görüləcək nəticə əldə edilməsinə baxmayaraq daha gözəl nəticə üçün həftədə 1 dəfə olmaqla 5-10 seans oluna bilər.

  • Hamiləlik və laktasiya dövrü
  • Dəri xərçəngi
  • Prosedur nahiyyəsində iltihablı yaralar

Həkim konsultasiyası tam ödənişsiz aparılır.

Müalicəvi kosmetolojiya

Müalicəvi kosmetologiya müasir dövrdə çox sürətlə, hər il daha da modern və effektiv prosedurlarla inkişaf etməktədir. Bu sahədə müalicənin uğurla aparılması üçün illərin təcrübəsi, professionallıq, geniş tibbi bilik və təcrübə həkim- kosmetoloqda özünü tapmalıdır. LaLisa Estetik Mərkəzi məhz bu kriteriyaları vacib bilərək, kosmetologiya söbəsini 17 illik tibb kosmetologiyası üzrə çalışmış, Rusiyada və Avropanın bir çox ölkələrində modern dermatoloji kurslarda təhsil almış bir çox seminarlarda iştirak etmiş Dr. Fəridə Qasımovaya həvalə etmişdir. Müalicəvi kosmetologiyanın geniş çeşidləri üzrə məlumat vermək istəyirik.

Microneedling prosedurunun əsas üstünlüyü dərinin ehtiyacı olan vitamin və ya preparatların bu vasitə ilə dərinin daha dərin qatına rahatlıqla yeridilməsidir. Yalnız günəşsiz və sərin havalarda edilməlidir.

Porsedurdan sonra təxminən 5 -7 gün ərzində nahiyyədə yüngül qızartılar olması normaldır. İlk seansdan nəticə gözlə görülə bilən dərəcədə olsa da nəticəni artırmaq üçün prosedurlar 2-4 həftədə 1 dəfə olmaqla 4-6 seansa qədər davam etdirilməlidir.

Mikroneedling prosedurunun göstərişləri;

  • dəri yeniləmə
  • elastiklyi itən dərilər
  • yüngül postakne çapıqları
  • yüngül giriş, ləkə və piqmentli dərilər
  • geniş məsaməli dərilər
  • dəri vitamin və ya nəmə ehtiyac duyduqda
  • yaşlı hüceyrələri artmış dərinin yenilənməsi (anti-agining)
  • qan dövranının sürətlənməsi

İlk öncə xəstənin öz qanı steril bir mühitdə alınır və sentrafuqa cihazında yüksək sürətdə çevrilir və qan hüceyrələri ayrılır. Qırmızı və ağ qan hüceyrələri dibə enərkən trombositlə zəngin hissəsi "plazma" üstdə qalır. Bu plazma müalicə bölgəsinə mikro iynə ilə yeridilir.

Pasient müalicədən dərhal sonra normal həyatına davam edir. Hər hansı bir yan təsiri yoxdur və hər zaman (hər fəsil) tətbiq edilə bilən bir üsuldur.

PRP prosedurunun göstərişləri;

  • Yara sağalmasının tezləşdirilməsi
  • kollagen, elastin və hialuron turşusunun sintezinin artması
  • toxumaların bərpası və gəncləşməsi
  • yeni və sağlam damarların yaranması
  • toxumaların qidalanması və canlılıq qazanması
  • yaşlanmaya qarşı
    piqmentasiyaya qarşı mübarizə
  • dəri dartılmalarının müalicəsi
  • dərinin hamvar və sağlam görünüş qazanması mümkündür

Mezoterapiya, problemli bölgədə dərinin orta qatına mikroinyeksiya metodu ilə bəzi dərman preparatlarının yeridilməsidir. Bu məqsədli dəri probleminə uyğun olaraq hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşuları
və digər tərkibli özəl dərman kokteylləri hazırlanır. Bu maddələrin bir-başa dəriyə verilməsi dəridə kollagen və elastin sintezini artırır, dərinin yerinənməsinə səbəb olur. Heç bir yan təsiri yoxdur və mövsümdə tətbiq edilə bilər.

Prosedurun göstərişləri;

  • saçların gücləndirilməsi,
  • saç tökülmələrinin qarşısının alınması
  • dərinin gəncləşdirilməsi,
  • dəriyə nəm və parlaqlıq qazandırılması
  • ləkələrin rəginin açılması
    selulit müalicəsi

Yaş irəlilədikcə dəridə mübadilə prosesləri zəifləyir və dərinin nəm qalmasını təmin edən hialuron turşusunun miqdarı azalır. Dəri quru, cansız və mat bir görünüş alır.
Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəyirə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində dəri canlı, təravətli və baxımlı görünür.

Preparatın hialuron turşusu sovrulduqdan sonra belə dəridə sintezi artırılmış hialuron turşusu dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur.

Biorevitalizasiyanın nəticələri;

  • səthi qırışlar açılır və dəri parlaq görünür
  • arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir
  • intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir
  • quru və mat dəriyə tonus və canlılıq qazandırır.

Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır.

Soyulma prosesindən sonra dəri sağalır və yenilənir. Bu prosedur bir qayda olaraq günəşli havada və yay
fəslində tətbiq olunmamalıdır.

Kimyəvi pilinqin 3 növü var: səthi, orta və dərin

Kimyəvi pilinqin nəticələri əsasən bunlardır:

  • ləkələrin aradan qaldırılması
  • qırışların yox edilməsi
  • yara və sızanaq izlərinin itirilməsi
  • daha parlaq və gənc dəri
  • qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.

Dolğu İnyeksiyaları cərrahi metodlar ilə müqayisədə daha sərfəli, təhlükəsiz və gündəlik həyatdan uzaq qalmağı tələb etməyən bir metoddur.

Dolğu inyeksiyasının nəticələri;

  • qırışların aradan qaldırılması
  • dodaqlara ideal forma, canlılıq və canlılığın verilməsi
  • burun formasının düzəldilməsi
  • üz siluetinin mükəmməlləşdirilməsi (yanaqlar, almacıqlar və s.)
  • dərinin nəm balansının bərpası və uzun müddət qorunması

Botoks "Clostridium botulinum" adı verilən bakteriya növündən əldə edilmiş tibbi zülaldır. Əvvəllər göz xəstəliklərinin müalicəsində istifadə edilən bu zülal, mimiki qırışları aradan qaldırmaq üçün qeyri-cərrahi, kosmetik olaraq qəbul
edilən bir üsuldur. İstənilən mövsümdə tətbiq edilə bilər.

Göz ətrafı, alın, qaş arsı və s. nahiyyələrdə hərəkətli əzələlərin fəaliyyətini azaldaraq qırışların aradan qaldırmasında olduqca effektiv bir üsuldur.

Üzün təmizlənməsi (çistka) proseduru zamanı ilk öncə xüsusi maska ilə üzün məsamələri genişlənir, buxarla yumuşaldılır, mexaniki və ultrasəs üsulu ilə dəri təmizlənir, yenidən xüsusi maska ilə məsamələr kiçildilir, dəri darsonvalizasiya olunur və xüsusi lasyon çəkilir.

TATU SİLİNMƏSİ

Tatu silinməsi haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

Q-switched ND YAG lazer sistemi vasitəsilə istənməyən döymə və tatulardan qurtulmaq artıq elə də çətin deyildir.

Bu yeni texnologiya sayəsində lazer işığı, Epidermis təbəqəsindən keçərək Dermis və dəri altı toxumadakı döymə rəngini verən birləşimlər tərəfindən əmilərək parçalanır və immun sistemi sayəsində orqanizmdən atılır.

Seans sayısı döymənin rəngi, qalınlığı və dərinliyindən asılı olaraq ortalama 3-6 arasındadır. Hər seans aralıqları təxminən 4
həftə təşkil edir.

Tünd rəngli döymələrin və döymənin tətbiqindən ən az 1 il keçərsə silinməsi daha az seans tələb edir. Qara, mavi, tünd göy və qırmızı rəngli tatular bu kateqoriyaya aid edilir.

Prosedurdan sonra həmin nahiyyənin ən az 2 həftə günəş şüalarından qorunması lazımdır. Bu müddət ərzindən günəş əleyhinə SPF tərkibli kremlərdən istifadə edilməsi tövsiyyə edilir.

Reabilitasiya dövrü təxminən 1 həftədir və bu zaman ərzində dəridə yüngül qabıqlanmalar olması normal haldır.

Bu həcmdən asılı olaraq 30 manatdan başlayır (Məsələn: qaşlar)

  • Hamiləlik və laktasiya dövrü
  • Dəri xərçəngi
  • Prosedur nahiyyəsində iltihablı yaralar, yanıq və tünd günəş yandırması, eqzema və s.

Prosedur dəri keyləşdiricisi ilə aparıldığına görə ağrı hissi olmur.

Konsultasiya tam ödənişsizdir.

Jett Plasma Lift Medical

Kosmetoloji xidmətimiz haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

  • Epilepsiya xəstələrinə;
  • Ürəkdə stend olanlara;
  • Hamiləlik və laktasiya dövründə olarkən;
  • Ağır dərəcəli hipertonik və ya hipotoniklərə;
  • Prosedur zonasında Pseriaz, Ekzema və digər açıq yarası olanlara;
  • Ağır şəkər xəstələrinə (insülin istifadə edənlər);
  • Qanda irinləmə olanlara.

Texnologiyada ən son nəaliyyət sayılan və həqiqətən "Təbii Plazma" enerjisi ilə çalışan bu cihaz əsl Avropa texnologiyası, Çexiya istehsalıdır.

İş prinsipi- havada olan qazları ionlaşdıraraq (maddənin 4-cü halına çevirərək) bir başa dərinin problemli nahiyyəsinə plazma axını yaradır və nəticədə dərinin ən üst təbəqəsini sublimasiya edir. Əməliyyatsız, qansız, tikişsiz, izsiz bir müalicə üsuludur.

Estetik və Kosmetik cəhətdən olduqca gözəl nəticələr əldə etməyə imkan yaradır.

Kosmetoloji və dermotoji sahədə 18 illik təcrübəyə malik Rusiya və bir çox Avropa ölkələrində təhsil almiş həkim-kosmetoloq Dr. Fəridə Qasımova tərəfindən artıq 2 ildir ki, Jett Plasma ilə mərkəzimizdə aşağıdakı prosedurlar icra edilməkdədir:

  • Göz qapağı sallanması (Blefaroplastika);
  • Üzdə olan qazayağı, qulaqönü, dodaqüstü ve s. qırışlar;
  • Gözaltı torbalar;
  • Süni geldən (biopolimer) yaranmış fəsadların aradan qaldırılması
  • Aktiv Akne və Post Akne capıqları;
  • Göz qapaqlarında olan ağ və sarı piy kristalları (Milium, Ksantelazma);
  • Ət xalları, ziyillər, papillomalar;
  • Günəşdən düşən ləkələr, Piqment ləkələri, yaşlılıq ləkələri;
  • Cərrahi əməliyyatdan və ya kəsikdən yaranmış Keloid çapıqları, nahamarlıq;
  • Hamiləlikdən yaranmış striyalar (dəri dartılması) və s.

Atmosferik qazlar ionlaşmış hala keçərkən ortaya çıxan plazma enerjisi sadəcə cihazın gördüyü millimetrik ərazidə qaldığına görə ətraf hücəyrələrə və dərinin alt qatına keçə bilmədiyinə görə deri üçün heç bir təhlükə riski yaranmaz.

Prosedur olunan nahiyyədə orqanizmdən asılı olaraq maksimum 5 gün içind. müəyyən şişkinlik yarana bilər, ümumilikdə isə 7-10 gün içində buxarlanmış dəri qabıq verərək tökülür. Bu müddətdən sonra yeni əmələ gəlmiş dərinin ən az 1 ay müddətində günəşdən kəskin şəkildə qorunması olduqca vacibdir.

Botoks mimiki qırışlara tətbiq edilir. Yəni məsələn: gülərkən əzələlərin hərəkəti nəticəsində yaranmış qırışların olmamasını istəyiriksə, o zaman botoks tətbiq edilir. Əger mimika etməyən zaman qırışlar var isə, o zaman Jett Plazma üsulu ilə müalicənin tam zamanıdır.

Əgər yuxarıda sadalanan estetik problemlər varsa, istənilən yaşda Jett Plazma lift Medical müalicəsini tətbiq etmək olar.

Jett plasma lift medical cihazı inkişaf etmiş ölkələrdə Oftalmoloqlar tərəfindən gözdə olan xırda damarların götürülməsində istifadə olunur. Bu isə, Plazma enerjisinin gözə heç bir əks təsiri olmamasının əyani sübutudur.

Yuxarıda sadalanan estetik problemlerdən yalnız striyalar (dəri dartılması) üçün 2-3 seans tələb oluna bilər. Digər problemlərin aradan götürülməsi 95%  hallarda yalnız 1 seans tələb edir və tək seansa tam nəticə əldə edilir.

Bu iki prosedurun qalıcılıq müddəti orqanizmdən asılı olaraq ən az 3-5 ildir.

Göz qapaqlarında olan piy kristalı götürüldükdən sonra yenidən yaranmaması üçün ilk növbədə qanda olan xolestirin miqdarına diqqət etmək şərtdir.

Prosedurdan təxminən 30-40 dəqiqə öncə keyidici krem tətbiq edilir, nəticədə prosedur zamanı ağrı hissi olmur. Lakin, çox həssas insanlarda prosedur zamanı yüngül diskomfort yaşanma ehtimalı da istisna deyil.

Qeyd etdiyimiz kimi, bir çox dəri problemlerinin həllində Plazma enerjisi (şimşək enerjisi)- ən effektiv metod və ən son texnologiya sayılır. Bunun üçün cihaz həqiqətən təbii plazma enerjisi ilə işləməlidir. Buna görə də, nəticə etibarilə izsiz, ləkəsiz şəkildə əldə etdiyimiz nəticələr olduqca inanılmazdır və reabilitasiya müddəti daha tez başa çatmaqdadır. Cihazın üzərində 8 dərəcəli istilik seçmə imkanı isə hər bir problemə individual yanaşmağa şərait yaratmaqdadır.

Günəş görməyən nahiyyələrdəki problemləri yay fəslində mualicə etmək mümkündür, lakin göz qapağı sallanması, üzdəki qırışlar, günəş ləkələri, akne/post akne və bu kimi prosedurların yay fəslində tətbiq edilməsi həmin nahiyyələrin günəşi görmə ehtimalı yüksək olduğu üçün məsləhət görülmür.

Lazer epilyasiya

Lazer epilyasiyası haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

LaLisa estetik mərkəzində Amerika istehsallı, lazer texnologiyasında ən inkişaf etmiş cihaz olan Aleksandrit "Cynosure Apogee Plus" –dan istifadə edilir. Bu cihaz lazer epilyasiyasında "Qızıl Standart" adını alaraq, "Ən yaxşı lazer epilyasiya cihazı" mükafatının qalibidir.

  1. Tük kökünə daha təsirlidir və nəticə qalıcıdır;
  2. Tük kökünü yavaş-yavaş isidərək deyil, tükün aktiv bitmə müddətində mövcud olan tük follikullarını dərhal və birdəfəlik məhv etməkdədir;
  3. Seansların sayı digərlərinə nisbətən 2 dəfə azdır (üz nahiyyəsində 8-10 seans, bədən nahiyyəsində 4-6 seans);
  4. Seans aralıqları daha uzunmüddətlidir (ilkin seanslarda üz nahiyyəsi 28-30 gün,bədən nahiyyəsi 45-60 gün);
  5. Cihazın başlığı dəri ilə təmas etmədiyinə görə tam gigiyenikdir.

Cihazımız kondisioner qazı (freon) ilə işləmədiyi ücün ilk növbədə tam zərərsizdir. Epilyasiya prosedurunu ağrısız etmək üçün "Cynosure Cryo 6" cihazı vasitəsilə təbii, buz kimi hava axını ilə prosedur aparılmaqdadır. Buna görə də prosedur həm ağrısız, həm zərərsiz sayılmaqdadır.

Tibbin əhəmiyyətli texnoloji kəşflərindən olan lazer son 30-40 ildir inkisaf edərək, bir çox sahədə etibarlı şəkildə istifadə edilməkdədir.

Bu istifadə sahələrindən biri də lazer epilyasiyasıdır. Tük dönməsi əməliyyatından sonra həkimlərin bir başa məsləhət bildiyi Aleksandrit lazerdir.

Lazer epilyasiyasının məqsədli istifadəsində heç bir kanserogən təsiri yoxdur. Mərkəzimizdə istifadə edilən Cynosure Apogee Plus cihazı FDA (Amerika qida və dərman dairəsi) təsdiqlidir və bir çox inkişaf etmiş ölkələrdə istifadə olunmaqdadır. Lazerin çıxardığı enerji müəyyən bir dalğa boyunda işıqdan ibarətdir.

Dəriyə və heç bir ətraf toxumalara zərər vermədən keçərək tük kökünə çatan bu işıq, bədəndə hər hansı bir qalıq buraxmaz.

Lazer epilyasiyası üçün, günəş vannası qəbulundan 10 gün sonra bizə müraciət edə bilərsiniz və yaxud lazer epilyasiyasından ən az 10 gun sonra günəş vannası qəbul edə bilərsiniz.

Lazer işığı yalnız tük melanini tərəfindən əmildiyi üçün təəssüf ki, çox açıq sarı ve ağ tüklərə təsiri yetərsizdir.

Prosedurdan sonra yanmış və ölü tük kökləri ilkin seanslarda bəzi nahiyyələrdə 10 günə qədər qara nöqtələr kimi görünə bilər,

prosedurun 14-15-ci günləri nəzarət seansına gəlinir. Nəzarət seansında həkim prosedur olunan nahiyyədə tökülməyən tükləri kontrol edəcək, əgər hər hansı bir səbəbdən gözdən qaçmış və ya tökülməyən tüklər olarsa, korreksiya seansı tam ödənişsiz aparılacaqdır.

Epilyasiya zamanı düzgün cihaz və professional, təcrübəli, dəri tiplərinə uyğun parametr təyin edə bilən həkim mütəxəssisin olması olduqca vacib şərtdir.

Mərkəzimizdə 7 ildən artıq bu sahədə çalışmış mütəxəssislər tərəfindən prosedur icra edildiyinə görə, belə hallar ile rastlaşmazsınız. Əgər zəif dərəcə seçilərsə prosedurun effekti zəif, yüksək dərəcə seçilərsə yanma ehtimalı vardır. Bizim həkimlər təcrübələrinə və bu sahədə tibbi savadlarına güvənərək "Qızıl Orta"-nı tapmaqda çətinlik çəkmirlər.

Üz-daha çox hormonal asılı nahiyyə olduğu üçün və tük soğanaqları daha incə olduğu üçün seans sayısı digər nahiyyələrə nisbətən daha çox ola bilər.

 

  • Prosedur olunacaq nahiyyə son 3 ay ərzində cərrahi əməliyyat olunubsa;
  • Prosedur olunacaq nahiyyədə Fibroma,Mioma,Zob və ya hər hansı ustu açıq və iltihablı yaralar varsa;
  • Ağır dərəcəli şəkər, Hipertoniya, Epilepsiya, Onkolojik və ağır dərəcəli ürək xəstələrinə;
  • Prosedurdan 15 gün öncə antibiotik qəbulu;
  • Son 6 ay ərzində dəri xəstəliyi üçün istifadə olunan "Roaccutane" dərman istifadə edilibsə;
  • Son 15 gün ərzində dərini soyan vasitələr (Peeling) istifadə olunubsa;
  • Hamiləlik və Laktasiya (süd verən) dövründə olarkən lazer epilyasiyası müəyyən stress yaşada biləcəyindən həkimlərimiz bu dövrdə lazer epilyasiyasını məsləhət görmür.
Whatsapp
Zəng et