Cool Lifting (İynəsiz Mezoterapiya)

5-10 dəqiqədə 8-10 il cavanlaşma. Dəri yeniləməsində və gəncləşdirilməsində əvvəllər professional kosmetologiya ilə dərinin yalnız üst qatını müalicə etmək mümkün idi. Yeni Cool Liftinq texnologiyası sayəsində iynəsiz və ağrısız şəkildə dərinin ehtiyac duyduğu təbii maddələrin daha dərinə yeridilməsi mümkün olmuşdur. Sistemin özəlliyi yüksək təzyiqli CO2 (karbondioksid) qazı dəri temperaturunu dərhal endirərək damarların sıxılıb genişlənməsinə səbəb olduğuna görə qan dövranı sürətlənir, oksigenləşmə baş verir və xüsusi mezoterapik kokteylləri toxumaların dərinliyinə çatdırır, kollagen və elastin ifrazının artımına səbəb olur.

Müayinə zamanı dəri problemi aşkar edilir və problemə uyğun xüsusi Avropa istehsalı orijinal preparatlardan istifadə olunur. Prosedurdan dərhal sonra: - Xırda qırışlar hamarlaşır; - İri qırışların dərinliyi azalır; - Dəri rəngi ağarır, daha parlaq və canlı görünür; - Səthi ləkələr aradan götürülür; - 8-10 il cavanlaşma (liftinq) effekti verir.

Prosedurun əsas özəlliklərindən biri də ilk seanslardan dərhal sonra effektin əldə olunmasıdır. Lakin qalıcı nəticə əldə edilməsi üçün (4-6 ay) seans aralıqları 5-7 gün olmaqla 4-5 seans götürülməsi məsləhətdir.

Yaşlanma prosesinin ən sıx görüldüyü nahiyələr : Göz ətrafı, alın, yanaq və dodaq ətrafı. Eləcə də, istəyə bağlı olaraq, boğaz, boyun, əllərin üstü nahiyələrinə də tətbiq edilə bilər.

Son zamanlarda İynəli prosedurlardan çəkinən bir çox məşhurlar üçün çəkilişlərdən, konsertlərdən və ya yığıncaqlardan 1 gün öncə bu proseduru seçmək son vaxtlar adət halını almışdır. Prosedurdan sonra heç bir ağrı, qızartı, qabıqlanma, ləkə və s. hallar baş vermir. Pasient heç bir əlavə təsirə malik olmayan bu prosedurdan dərhal sonra sosial həyatına dönə bilər.

Həkim qəbulu və müayinəsi tam ödənişsizdir.

after before
cool liftinq_after cool liftinq_before
Whatsapp
Zəng et