Üz Gərmə-SHIFU PLUS

Shifu Plus əməliyyatsız olaraq üz gərmə,liftinq,konturların bərpası və ümumi cavanlaşmada istifadə edilən yeganə ən müasir,təhlükəsiz və innovativ texnologiyadır.

SHİFU PLUS

Əməliyyatsız dəri cavanlaşmasında ən müasir və effektiv metod.

Orijinal Hifu metodunun digərlərindən fərqi.

  • Üz və bədən Liftinqi
  • Yeni nəsil 3D sistemi və 100% İtaliya istehsalı
  • Cərrahi əməliyyata bərabər yeganə müasir texnologiya
  • Dərinin ən alt təbəqəsini (3mm-16mm) əməliyyatsız müalicə edə bilmə imkanı
  • Reabilitasiya müddətinin(ləkə, iz, qızartı, göyərmə) olmaması
  • Cəmi bir seansa tam nəticə

SHIFU Plus əməliyyatsız olaraq üz və bədən nahiyələrində dəri sallanmalarının aradan qaldırılması və cavanlaşması üzrə istifadə olunan ən yeni texnologiya hesab edilir.

Zamanla dəridə baş verən sallanmaların başlıca səbəbi smas təbəqəsinin elastikliyinin itməsi və sıradan çıxmasıdır ki,əməliyyat ilə üz gərmə zamanı cərrahlar məhz bu təbəqəyə müdaxilə edir.Yeganə texnologiyadır ki, əzələnin üzərində yerləşən smas təbəqəsini cərrahi əməliyyatsız müalicə etmək gücünə malikdir.

Üz, buxaq,boğaz və bədən nahiyələrində konturu itmiş dərilərdə,ağız ətrafı xətlərdə,eləcə də digər nahiyələrdə çəki itirdikdən sonra və ya doğuşdan sonra yaranmış sallaqlıq olduğu halda əməliyyatdan çəkinən insanlar üçün olduqca effektiv yöntəm hesab olunur.

Ehtiyac yaranıbsa istənilən yaşda edilə bilər və yaş məhdudiyyəti yoxdur. Bizə müraciətlərdə çoxluq təşkil  edənlər 30 ilə 65 yaş arası xanımlardır.

Üz nahiyəsi (alın, qaşlar, yanaqlar, buxaq və boğaz) -  Başlıqlar(kartric): 4.5 mm, 3 mm və 1.5 mm

Qarın, qollar, ayaqlar və s.-  Başlıqlar(kartric): 16 mm, 13 mm və 4.5 mm

SHIFU PLUS Avropa alimləri tərəfindən hər nahiyə üçün individual olaraq sınaqdan keçirilmiş ideal istilik və parametrlərlə təchiz olunduğuna görə yüngül diskomfort hissini istisna etməklə, prosedur zamanı ağrı müşahidə olunmur.

SHIFU PLUS dalğaları məhz əzələ-aponevrotik qatına təsir etdiyi üçün bərpa və rehabilitasiya (şişkinlik, qızartı, qabıqlanma) dövrü olmur. Prosedur istənilən fəsildə və istənilən dəridə aparılır. Prosedurdan dərhal sonra pasient normal iş rejiminə və sosial həyatına davam edir.

Prosedurdan 10-15 gün sonra istənilən estetik-kosmetoloji prosedurlar (PRP, mikronidling, dolğu və  s.) tətbiq oluna bilər.

Hifu əməliyyatında istifadə edilən ultrasəs dalğalarının orqanizm üçün heç bir əlavə təsirləri aşkarlanmamışdır. Bildiyimiz kimi ultrasəs dalğaları vasitəsi ilə (USM) 9 ay ərzində təxminən 4-9 dəfə ana bətnindəki körpənin vəziyyəti yoxlanılır və heç bir yan təsirləri mövcud deyildir. Eyni zamanda, müasir tibbdə ultrasəs dalğaları xərçəng xəstəliyinin müalicəsi üçün də istifadə edilir.

  • Kartiostimulasiya və ya elektronik implant cihazları yerləşdirilmiş pasientlər;
  • Hamiləlik və ya laktasiya dövründə olanlar;
  • Yetkinlik yaşına çatmayanlar (16 yaş);
  • Prosedur zonasında iltihablı dəri yarası və ya aktiv akne olanlar;
  • Son 6 ayda ağır dərəcəli travma və ya cərrahi əməliyyat keçirənlər;
  • Eşitmə problemi olan xəstələr.

3D sistemin köhnə nəsil HIFU-lardan əsas fərqi ondan ibarətdir ki, dəriyə 1 xətt ilə 12 dalğa deyil, avtomatik olaraq sıralanmış qaydada 11 xətt ilə 120-180 dalğa ötürülür.3D sistemi və dəqiq parametrlər sayəsində prosedur daha təhlükəsiz olmaqla yanaşı, maksimum effektiv və maksimum qalıcıdır.Bir çox cihazları bir çox mərkəzlər 7D və yaxud 15D adı ilə təqdim edirlər qeyd edək ki, ən müasir hifu texnologiyası 3D hesab edilir.7D və yaxud 20D sadəcə bir rəqəmdir 🙂

Orijinal HIFU avadanlıqları Amerika və Avropa istehsalı olub sertifikatlaşdırılmışdır. Prosedurdan öncə həkimimizdən cihazın sertifikatını(istehsal ölkəsi) və həkimin təlimə dair beynəlxalq sertifikatını tələb edə bilərsiniz. Bir çox tanınmış Hifu cihazları ilə eyni adlı mənşəyi bilinməyən cihazlar mövcuddur. SHIFU PLUS adında Çin istehsalı cihaz yoxdur.

12-18 ay dəri dartılmasının qalıcılıq müddətidir. Bu müddətdən sonra dəri indiki vəziyyətindən daha sağlam vəziyyətinə qayıdır. Çünkİ prosedur sayəsində dərinin 
yaşlanması müəyyən müddətə qədər dondurulur. Prosedur ildə 1 dəfə olunarsa, kollagen və elastin proteinləri daim balansda olar və nəticədə, həm effekt, həm də qalıcılıq müddəti 
artar.

İlkin olaraq qeyd edək ki, SHIFU PLUS ən müasir və təkmilləşdirilmiş texnologiyaya əsaslanır. Lazer və radiotezlik ilə çalışan köhnə nəsil üsulların dərinliyə enmə imkanı maksimum 1.5 mm olduğu halda, SHIFU PLUS-un bir başa dərinliyinə enmə gücü nahiyəyə görə 1.5 mm-dən 16 mm–ə qədərdir. Bu səbəbdən sıxılmış ultrasəs dalğaları dəri dartılması üçün lazımi təbəqəni  müalicə edə bilir. Buna görə də, nəticə üçün 8-10 seans deyil, cəmi 1 seans kifayət edir. Seansdan dərhal sonra 20-25% effekt nəzərə çarpır. Tam nəticə seansdan sonrakı 30-90 gün içərisində əldə edilir.

Sadə dildə desək, SHIFU PLUS  dərinin möhkəmliyini təmin edən “SMAS ” təbəqəsinin üzərində isti nöqtələr yaradaraq ölü hüceyrələri zədələyir və bu təbəqənin yenidən bərpası üçün tam şərait yaradır. Bu səbəbdən prosedurdan dərhal sonra nəzərə çarpan effekt 30-90 gün ərzində artaraq ideal görüntüyə gəlib çatır.

Həkim qəbulu və konsultasiya tam ödənişsizdir.

deri dartilmasi, dəri dartılması, shifu plus deri dartilmasi, dəri dartılması, shifu aparati
shifu3-after shifu3-before
Whatsapp
Zəng et